“Qarabağ” və “Zirə” komandaları arasında yoldaşlıq görüşü keçiriləcək.

Ağdam klubundan "Unikal"a bildirilib ki, qarşılaşma iyunun 20-si saat 18:00-da “Azersun Arena”nın məşq meydançasında keçiriləcək.

Yoxlama görüşü yalnız media nümayəndələri üçün açıq olacaq.