Cəlilabad rayon sakinini elektrik cərəyanı vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, Cəlilabad rayonu Qarakazımlı kənd sakini Fariz Məmmədovu elektrik dirəyində təmir-bərpa işləri apararkən elektrik cərəyanı vurub.

Nəticədə ağır xəsarətlər alan F.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.