Rusiya ümid edir ki, ABŞ ilə İran arasında uzunmüddətli barışıq Xəzəryanı dövlətlərin beştərəfli formatda tam işini bərpa etməyə imkan verəcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.
“İran münaqişəsi beynəlxalq təhlükəsizliyə mənfi təsir göstərib, o cümlədən, bu, Xəzər regionunda da hiss olunub. Biz ümid edirik ki, ən yaxın vaxtda, münaqişə tərəflərinin əldə olunmuş razılaşmaları imzaladıqdan sonra Xəzəryanı dövlətlər - İran, Qazaxıstan, Türkmənistan, Rusiya və Azərbaycan beştərəfli formatda bundan əvvəl Xəzərdə planlaşdırılmış birgə addımların həyata keçirilməsini davam etdirə bilərlər”, - deyə o bildirib.
M.Zaxarova həmçinin vurğulayıb ki, regionda hərtərəfli təhlükəsizliyin təmin edilməsinə dair tədbirlər də daxil olmaqla, belə iş əməkdaşlığın daha da gücləndirilməsi üçün zəruridir.







































.jpg)












.jpg)

