Vaşinqton və Tehran hələ İsveçrədə ikitərəfli anlaşma memorandumu imzalamaq və texniki danışıqlara başlamaq planlarını yekunlaşdırmayıblar.
"Unikal" xəbər verir ki, bunu ABŞ vitse-prezidenti C.D. Vensin sözçüsü jurnalistlərə açıqlamasında bildirib.
"Vitse-prezidentin mətbuat konfransında bildirdiyi kimi, qarşıdan gələn texniki danışıqlar üçün planlar hələlik yekunlaşdırılmayıb və ABŞ nümayəndə heyəti ən qısa zamanda yola düşməyə hazırdır. Lakin bu danışıqların təşkilati aspektləri heç vaxt sadə və ya proqnozlaşdırıla bilən olmayıb",- deyə o, bildirib.
Sözçü əlavə edib ki, Vaşinqton bu danışıqlara mümkün qədər tez başlamağı gözləyir.






























.jpg)























