Portuqaliya millisinin yarımmüdafiəçisi Vitinya 2026-cı il dünya çempionatında Konqo yığması ilə matçda (1:1) ötürmə sayı üzrə rekordu yeniləyib.

"Unikal" xəbər verir ki, bu barədə "Opta" statistika platforması məlumat yayıb.

Ulduz futbolçu DÇ-2026-nın qrup mərhələsinin 1-ci turu çərçivəsində keçirilən görüşün 83 dəqiqəsi ərzində 128 ötürmə edib və bunlardan 121-i dəqiq alınıb. Hər iki göstərici statistikanın aparıldığı 1966-cı ildən bəri dünya çempionatları tarixində meydanda 90 dəqiqədən az daxil olan oyunçular arasında ən yüksək nəticə kimi tarixə düşüb.

Qeyd edək ki, K qrupunun 2-ci turunda Portuqaliya millisi Özbəkistan, 3-cü turunda isə Kolumbiya ilə qarşılaşacaq