ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova Amerikada tibb təhsili alan oğlunun Bakıda xoşagəlməz hallarla qarşılaşması ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
"Unikal" xəbər verir ki, jurnalist oğlu Fərhadın mesajlarını paylaşaraq onun Azərbaycanda yaxşı münasibət görmədiyini deyib.
"Oğlum Azərbaycana mübahisə yaratmaq üçün yox, öyrənmək üçün getmişdi. Amerikada tibb oxuyan, gələcəkdə beyin cərrahı olmaq istəyən bir gənc kimi Vətənində təcrübəli həkimin əməliyyatlarından elmi iş yazmaq istədi. Amma Bakıda ona dəstək olmaq əvəzinə, divan tutdular", - deyə jurnalist qeyd edib.













.jpg)










































