Almaniya millisinin qapıçısı Manuel Noyer 2026-cı il Dünya Kubokundan sonra milli komandadan ayrılacaq.

"Unikal" xəbər verir ki, qapıçı bu xəbəri sosial media hesablarında açıqlayıb.

"Bu, Almaniya millisi üçün son turnirim olacaq: İki ildən sonra Avropa Çempionatında oynamağı planlaşdırmıram. Hər matçı səbirsizliklə gözləmək və vida və ya potensial son oyun haqqında düşünməmək istəyirəm", - Noyer yazıb.

Qeyd edək ki, Noyer 2014-cü ildə Almaniya millisi ilə Dünya Kubokunu qazanıb.