Futbol üzrə dünya çempionatında Meksika Cənubi Koreyanı məğlub edib.

"Unikal" xəbər verir ki, Qvadalxara stadionunda keçirilən A qrupunun II turunun matçı ev sahiblərinin 1:0 üstünlüyü ilə bitib.

Qolu 50-ci dəqiqədə Luis Romo vurub.

Qeyd edək ki, bu qrupun digər matçında Çexiya yığması Cənubi Afrika Respublikası (CAR) seçməsi ilə bərabərə qalıb - 1:1.