Qida Təhlükəsizliyi Agentliyinin “AQTA hara baxır?” layihəsinin yeni buraxılışında kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı prosesindən bəhs olunur.
"Unikal" xəbər verir ki, materialda heyvanların fərdi qaydada identifikasiya edilməsi, məlumatlarının "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" İnformasiya Sisteminə daxil olunması və bu prosesin baytarlıq nəzarətində rolu əyani şəkildə nümayiş etdirilir.
Buraxılışda vurğulanır ki, heyvanların identifikasiyası xəstəliklərə nəzarətin gücləndirilməsi, peyvəndləmə, həmçinin heyvan mənşəli məhsulların “fermadan süfrəyə” prinsipi üzrə izlənə bilməsinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, identifikasiya sisteminin heyvanların daşınması, qeydiyyatı və mənşəyinin müəyyənləşdirilməsi proseslərində yaratdığı imkanlar barədə məlumat verilir.



















































