"Tottenhem" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

"Unikal" xəbər verir ki, komanda "Brayton"dan Yan Paul van Hekeni transfer edib.

Niderland millisinin üzvü London təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayıb. Transferin dəyəri 60 milyon avro olub. Bundan əlavə, "Brayton" futbolçunun gələcək satışından 20% pay əldə edəcək.

Qeyd edək ki, "Brayton" Van Hekeni 2020-ci ilin sentyabrında "Nak Breda"dan 6,5 milyon avro qarşılığında transfer etmişdi.