Əjdər Ağayev Məleykə Abbaszadənin qiymət verməklə məşğul olduğunu deyərək, onun bu yanaşmasına nəinki "2", hətta, "0" qiymətinin belə verilməsinin çox olduğunu vurğuladı. Ekspert əlavə etdi ki, bu fikri nə ictimaiyyət, nə xalq, nə də hökümət qəbul etməməlidir. "Belə düşüncəni ümumiyyətlə sıradan çıxarmaq lazımdır".
Milli Elmlər Akademiyasınıntarix üzrə fəlsəfə doktoru, təhsil üzrə ekspert Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin rəhbərinin "birabituriyentin imtahanda iştirak etməsi 25 manata başa gəlir" fikri ilə razı deyil.
"Mən belə hesab edirəm ki, bu məbləğ çoxdur. Onsuz da qəbulimtahanındaiştirak edən şəxsimtahanda bunun üçün 3,56manata ödəniş kartı alır.Nəzərə alsaq ki, qəbul imtahanlarında iştirak etmək üçün 90 minə yaxın insan sənəd təqdim edir. Bu məbləği də 3,56 manata vursaq, ortaya böyük məbləğ çıxır. Abituriyentəisə imtahanda yalnız20 səhifəlik sual kitabçası və 1 vərəqlik cavab kartı verilir. Birsual kitabçasının hazırlanması isə maksimum60 qəpiyə başa gəlir".
Ekspert vurğuladı ki, əgər DİM imtahana cəlb edilən nəzarətçilərin məbləğini də nəzərdə tutursa, imtahanlara2500 nəzarətçi cəlb olunur ki, bunların da hər birinə 30 manat verilir. Bu da əldə edilən gəlirdən dəfələrlə azdır.
Kamran Əsədov əlavə etdi ki, DİM-nin imtahan nəticələri beynəlxalq nəticələr kimi qəbul edilməyincə, xidmət haqqı artırıla bilməz.
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyir ki, gələn ildən qəbul imtahanlarına nə qədər pulun veriləcəyi hələ ki, dəqiq deyil. Dəqiq rəqəm Tarif Şurasının qərarından sonra bilinəcək. O, Məleykə Abbaszadənin "imtahanların 25 manata başa gəlməsinə" münasibət bildirərək, bu rəqəmin təxmini olduğunu dedi.
"Məleykə xanım adətən bir abituriyent üçün xərclənən məbləği açıqlayıb. Bu xərclərə daxildir: imtahan üçün nəzərdə tutulan binaların təşkili, nəzarətçilərə, imtahan rəhbərlərinə olan ödəniş, nəqliyyat xərcləri, rayonlardakı imtahanlara ezam olunmuş nəzarətçilərin ezamiyyət haqqı və s.", - deyə Xanlar Xanlarzadə bildirdi.
Mətbuat xidmətinin rəhbəri eyni zamanda bildirdi ki, qəbul imtahanları məcburi olmadığından, bu imtahanlarda ödənişi ödəyə bilənlər iştirak edəcək.
Xarici təcrübəyə nəzər salsaq, görərik ki, inkişaf etmiş ölkə olanAlmaniyada nəinki imtahanlar pulsuzdur, ümumiyyətlə, ötən ildən həmin ölkədəali təhsil tam pulsuz olub. Alman dilini bilən xarici vətəndaşlar belə orada tamamilə ödənişsiz təhsil ala bilərlər.
Ötən günDövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədriMəleykə Abbaszadə yerli saytların birinə müsahibə verərək, gələn ildən qəbul imtahanlarının ödənişli olacağını demişdi. Onun sözlərinə görə, imtahanlarda dövlət bir şəxsə 25 manat pul xərcləyir. Amma bəzən minlərlə insan imtahanda iştirak etmir, buna məsuliyyətsiz yanaşır.
Məleykə Abbaszadə onu da əlavə edib ki, məsələ ilə bağlıarayışlarmüəyyən bir sənəd kimi Tarif Şurasına təqdim ediləcək.Tarif Şurasında bu sənədlərə baxılacaq.
İctimai rəyi nəzərə alaraq, deyə bilərik ki, qəbul imtahanlarının ödənişli olmasına heç kim razı deyil.Ölkədə manatın devalvasiyasından sonra insanların çörək pulunu güclə tapdığını nəzərə alıb, "ödənişli qəbul imtahanları"fikrinin dövlət tərəfindən qəbulu yol verilməzdir. Bunun üçün istərDövlət İmtahan Mərkəzi, istərsə də, Təhsil Nazirliyi geniş kütlənin fikrinə hörmətlə yanaşaraq, bu yanaşmadan əl çəkməlidirlər.