Bu gün Bakı Apellyasiya Məhkəməsində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli ilə birlikdə həbs olunmuş Əhliman Süleymanovun apellyasiya şikayətinə baxılıb.
Unikal.org apa-ya istinadən məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ə. Süleymanov barəsində Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ləğv olunub və ona verilmiş 6 illik cəza 4 il 6 aya endirilib.
Xatırladaq ki, 2014-cü il sentyabrın 27-də İlham Əsgərlinin idarə etdiyi "Mercedes S500" Zığ-aeroport yolunda Əhliman Süleymanovun idarə etdiyi Howo" markalı yük maşını ilə toqquşub. Həmin vaxt İlham Əsgərlinin sürücüsü Pərvin Fətullayev də maşında olub. Qəza nəticəsində İlham Əsgərli özü və Pərvin Fətullayev xəsarət alıb, Sənan Mirzəyev isə dünyasını dəyişib.