Azərbaycanda 41 vəzifəli şəxs barəsində axtarış elan edilib.
Unikal.org apa-ya istinadən məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
O, qeyd edib ki, həmin şəxslərin 12-si yerli, 29-u beynəlxalq axtarışa verilib.
Bu il axtarışda olanlardan 9-u daxili işlər orqanları tərəfindən tutularaq istintaqa təhvil verilib.