Vyetnam müharibəsində iştirak etməmək üçün 41 il meşədə yaşayan və 2013-cü ildə tapılaraq müasir dünyaya addım atan Ho Van Lang illər sonra meşədəki evini ziyarət edib.
Unikal.org 1xeber.com-a istinadən bildirir ki, fotoqraf Alvaro Cerezo ilə birlikdə meşədəki evinə gedən Lang oradakı həyat tərzini anladıb. Uzun illər dolaşdığı yerləri gəzən 44 yaşlı "Tarzan" göz yaşlarını saxlaya bilməyib.
2013-cü ildə meşədə odun doğrayanlar tərəfindən tapılan ata və oğul ətraf aləmdən təcrid olunmuş həyat yaşayıblar. Onun 41 yaşına qədər yeganə tanıdığı adam birlikdə yaşadığı və hazırda 85 yaşlı atası Ho Van Thang olub.
Langın atası Ho Van Thang həyat yoldaşı və iki oğlunu Vyetnam müharibəsində itirdikdən sonra yeganə sağ qalan oğlu Ho Van Langla birlikdə meşəyə qaçıb. İllərlə yabanı düyü, meyvə və qarğıdalı ilə bəslənən ata-oğulağac başında qurduqları komada yaşayıblar.
41 ildən sonra tapılan ata-oğul öz kəndlərinə gətiriliblər. 85 yaşlı ata xəstəxanaya yerləşdirilib, Lang isə öz qohumları ilə yaşamağa başlayıb.