Dəniz kənarında yerləşən, Türkiyənin ilk tətil kəndlərindən biri olan Quşadasında istirahət etmək istəyənlər surpirizlə qarşılaşıblar.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, ən çox Fransız qadın və kişilərin dənizə girib, çimərlikdə günəş vannası qəbul etdiyi saatlarda dəvələr çimərliyə soxulublar. Bəziləri dəvələrin "plyaja" girməsindən həyacanlansalarda, bəziləri isə onlarla şəkil çəkməyə üstünlük veriblər.
Qeyd edək ki, bir vaxtlar Fransa Hökuməti bu ərazini Türkiyə Hökumətindən 30 illik icarəyə götürmüş və dünyanın əksər yerlərindən dənizdə çılpaq çimmək istəyən Fransız qadınları buraya gəlirmişlər.
Bura 1970-ci və 1980-ci illərdə Fransa kübar cəmiyyətinin sıx seçimi səbəbiylə çılpaqlar düşərgəsi olaraq da şöhrət qazanıb.
Artıq bu vaxt bitdiyindən bu ərazi baxmısız vəziyyətə qalıb. Buna baxmayaraq Fransız qadın və kişilər yenədə Türkiyədə dincəlmək üçün bu ərazini seçirlər.