Bir neçə gün öncə Masallı rayonu Boradigah qəsəbəsinə bağlı Mollaoba kəndində oğurluq olub.
Unikal.org-un Ans press-ə istinadən məlumatına görə, naməlum şəxslər gecə saatlarında kənd sakini Seyfəli Baxşəliyevin evini qarət ediblər.
Evə soxulan naməlum şəxslər, ordan 3 min manat dəyərində qızıl zinət əşyaları, eləcə də 500 dollar və 150 manat pul oğurlayıblar. Məlumata görə, qarətçilər ev sahibinin qonaq getdiyindən xəbardar olduğundan bu addımı atıblar. Həmin şəxslər evin yaxınlığında olan obyektin müşahidə kamerasına düşüb.
Hazırda Masallı polisi bu şəxsləri axtarır. Zərərçəkən ailə isə məlumat verən şəxsi mükafat gözlədiyini bildirib.