Artur Rəsizadə qərar verdi
12:23 09-01-2016
CƏMİYYƏT
Baş nazirin imzası ilə ev satışından vergi zonaları təsdiqləndi
Baş nazir Artur Rasizadə "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin məqsədləri üçün Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri"ni təsdiq edib.
Sənədə görə, Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə 12 zona müəyyənləşib. Təsdiq olunan zonalar aşağadakı sərhədlərlə müəyyən olunub.
Zona 1.Sərhədləri:
Əl Oyunları Stadionundan başlayaraq, şimal-şərq istiqamətində Mikayıl Hüseynov prospekti üzrə Azneft meydanına qədər, Azneft meydanından Niyazi küçəsi üzrə İstiqlaliyyət küçəsi ilə kəsişənədək, İstiqlaliyyət küçəsi üzrə Hüsü Hacıyev küçəsi ilə kəsişənədək, Hüsü Hacıyev küçəsi üzrə Nizami küçəsi ilə kəsişənədək, Nizami küçəsi üzrə şərq istiqamətində Rixard Zorge küçəsi ilə kəsişənədək, Rixard Zorge küçəsi üzrə cənub istiqamətində küçənin dənizin sahil xətti ilə kəsişməsinədək, sahil xətti üzrə qərb istiqamətində Əl Oyunları stadionunadək.
Zona 2. Sərhədləri:
Hüsü Hacıyev küçəsinin Nizami küçəsi ilə kəsişməsindən başlayaraq, şimal istiqamətində Hüsü Hacıyev küçəsi üzrə Füzuli küçəsi ilə kəsişənədək, Füzuli küçəsi üzrə Rəşid Behbudov küçəsi ilə kəsişənədək, Rəşid Behbudov küçəsi üzrə şimal istiqamətində Süleyman Rəhimov küçəsi ilə kəsişənədək, Süleyman Rəhimov küçəsi üzrə şərq istiqamətində Xətai prospekti ilə kəsişənədək, bu kəsişmə yerindən metronun "28 May" stansiyası və Dəmir Yolu Vağzalı daxil olmaqla, Puşkin küçəsi üzrə Nizami küçəsi ilə kəsişənədək, Nizami küçəsi üzrə qərb istiqamətində küçənin Hüsü Hacıyev küçəsi ilə kəsişdiyi yerədək.
Zona 3.Sərhədləri:
Şəhidlər Xiyabanından başlayaraq, şimal istiqamətində Mehdi Hüseyn küçəsi üzrə Nəriman Nərimanov prospektinədək, Nəriman Nərimanov prospekti üzrə İnşaatçılar prospekti ilə kəsişənədək, İnşaatçılar prospekti üzrə İzmir küçəsi ilə kəsişənədək, İzmir küçəsi üzrə Tbilisi prospekti ilə kəsişənədək, Tbilisi prospekti üzrə cənub istiqamətində Bakıxanov küçəsi ilə kəsişənədək, Bakıxanov küçəsi üzrə şərq istiqamətində Azadlıq prospekti ilə kəsişənədək, Azadlıq prospekti üzrə şimal istiqamətində akademik Həsən Əliyev küçəsi ilə kəsişənədək, akademik Həsən Əliyev küçəsi üzrə şərq istiqamətində Aşıq Molla küçəsi ilə kəsişənədək, Aşıq Molla küçəsi üzrə cənub istiqamətində Fətəli xan Xoyski prospekti ilə kəsişənədək, Fətəli xan Xoyski prospekti üzrə şərq istiqamətində Əhməd Rəcəbli küçəsi ilə kəsişənədək, Əhməd Rəcəbli küçəsi üzrə şimal istiqamətində Yusif Vəzir Çəmənzəminli küçəsi ilə kəsişənədək, Yusif Vəzir Çəmənzəminli küçəsi üzrə Ağa Nemətulla küçəsi ilə kəsişənədək, Ağa Nemətulla küçəsi üzrə cənub istiqamətində Heydər Əliyev prospekti ilə kəsişənədək, Heydər Əliyev prospekti üzrə qərb istiqamətində Babək prospekti ilə kəsişənədək, Babək prospekti üzrə şərq istiqamətində Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişənədək, Əl Oyunları stadionundan Gülüstan sarayının yanından keçən xətlə Şəhidlər Xiyabanınadək.
Zona 4.Sərhədləri:
Şəhidlər Xiyabanından başlayaraq, Azərbaycan Respublikasının Milli Məclisi və hərbi hissənin stadionu daxil olmaqla, şimal istiqamətində Yasamal rayonunun inzibati sərhədi üzrə Mətbuat prospekti ilə kəsişənədək, Mətbuat və Həsən bəy Zərdabi prospektləri üzrə şimal istiqamətində Akim Abbasov küçəsi ilə kəsişənədək, Akim Abbasov küçəsi üzrə şərq istiqamətində Azad Mirzəyev küçəsi ilə kəsişənədək, Azad Mirzəyev küçəsi üzrə cənub istiqamətində İnşaatçılar və Nəriman Nərimanov prospektləri kəsişənədək, Nəriman Nərimanov prospekti üzrə cənub istiqamətində Mehdi Hüseyn küçəsi ilə kəsişənədək, Mehdi Hüseyn küçəsi üzrə cənub istiqamətində Şəhidlər Xiyabanınadək.
Zona 5.Sərhədləri:
Metronun "20 Yanvar" stansiyasından başlayaraq, cənub istiqamətində Tbilisi prospekti üzrə İzmir küçəsi ilə kəsişənədək, İzmir küçəsi üzrə cənub istiqamətində İnşaatçılar prospekti ilə kəsişənədək, İnşaatçılar prospekti üzrə cənub istiqamətində Azad Mirzəyev küçəsi ilə kəsişənədək, Azad Mirzəyev küçəsi üzrə şimal istiqamətində Akim Abbasov küçəsi ilə kəsişənədək, Akim Abbasov küçəsi üzrə qərb istiqamətində Həsən bəy Zərdabi prospekti ilə kəsişənədək, Həsən bəy Zərdabi və Mətbuat prospektləri üzrə cənub istiqamətində Abbas mirzə Şərifzadə küçəsi ilə kəsişənədək, Abbas mirzə Şərifzadə küçəsi üzrə şimal istiqamətində Müzəffər Həsənov küçəsi ilə kəsişənədək, Müzəffər Həsənov küçəsi üzrə qərb istiqamətində Ülvi Bünyadzadə küçəsi ilə kəsişənədək, Ülvi Bünyadzadə küçəsi üzrə şimal-şərq istiqamətində Moskva prospekti ilə kəsişənədək, Moskva prospekti üzrə cənub istiqamətində metronun "20 Yanvar" stansiyasınadək.
Zona 6. Sərhədləri:
İzmir küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən başlayaraq, Tbilisi prospekti üzrə cənub istiqamətində Bakıxanov küçəsi ilə kəsişənədək, Bakıxanov küçəsi üzrə şərq istiqamətində Azadlıq prospekti ilə kəsişənədək, 20 Yanvar küçəsi üzrə qərb istiqamətində Moskva prospekti ilə kəsişənədək. Heydər Əliyev Beynəlxalq Aeroportunun və aeroport yarmarkasının yerləşdiyi ərazi.
Zona 7. Sərhədləri:
Metronun "20 Yanvar" stansiyasından başlayaraq, şimal istiqamətində Moskva prospekti üzrə 20 Yanvar küçəsi ilə kəsişənədək, 20 Yanvar küçəsi üzrə şərq istiqamətində Hüseyn Seyidzadə küçəsi ilə kəsişənədək, Hüseyn Seyidzadə küçəsi üzrə şərq istiqamətində Rəşid Məmmədov küçəsi ilə kəsişənədək, Nərimanov rayonunun sərhədi üzrə şərq istiqamətində Böyük Şor gölünün sahil xətti ilə kəsişənədək, Böyük Şor gölünün sahil xətti üzrə qərb istiqamətində Nərimanov, Binəqədi rayonlarının sərhədləri kəsişənədək davam edir və Binəqədi, Nəsimi rayonlarının digər zonalarla əhatə olunmayan ərazilərini əhatə edir.
Zona 8. Sərhədləri:
Dənizin sahil xəttindən başlayan və şimal istiqamətində Xaqani Rüstəmov küçəsi boyunca keçən düz xəttin Süleyman Vəzirov küçəsi ilə kəsişməsinədək, Süleyman Vəzirov küçəsi üzrə qərb istiqamətində Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişənədək, Əhməd Möhbalıyev prospekti üzrə cənub istiqamətində Xətai rayonunun sərhədi ilə kəsişənədək, bu kəsişmə yerindən Xətai rayonunun sərhədi üzrə cənub istiqamətində davam edərək, bu rayonun digər zonalarla əhatə olunmayan ərazisini əhatə edir.
Zona 9. Sərhədləri:
Babək prospektinin 3-cü dairəvi küçə ilə kəsişdiyi yerdən başlayaraq, dəmiryol xətti üzrə cənub istiqamətində Aşıq Ələsgər küçəsinədək, Aşıq Ələsgər küçəsi üzrə şərq istiqamətində Məhəmməd Hadi küçəsi ilə kəsişənədək, Məhəmməd Hadi küçəsi üzrə şimal istiqamətində Babək prospekti ilə kəsişənədək, Babək prospekti üzrə qərb istiqamətində prospektin 3-cü dairəvi küçə ilə kəsişməsinədək. Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri və bu rayonun digər zonalarla əhatə olunmayan əraziləri.
Zona 10. Sərhədləri:
Yasamal rayonunun digər zonalarla əhatə olunmayan hissəsi. Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlan, Lökbatan, Hövsan, Binə, Maştağa, Nardaran qəsəbələri. Binəqədi rayonunun Binəqədi qəsəbəsinin cənub sərhədi üzrə şərqdən qərbə doğru keçən xəttin şimalında yerləşən və digər zonalarda göstərilməyən ərazisi. Pirallahı rayonunun ərazisi.
Zona 11. Sərhədləri:
Zığ, Sahil, Ramana, Zabrat qəsəbələri.
Zona 12. Sərhədləri:
Qaradağ, Xəzər və Sabunçu rayonlarının digər zonalarla əhatə olunmayan əraziləri.
Z.Məmmədli
Digər Xəbərlər
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44