Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

"Unikal" xəbər verir ki, sonra dövlət başçısı sakinlərə mənzillərin açarlarını təqdim edib.

***11:07

Kəlbəcər şəhərinə ilk köç başlayıb. 

"Unikal"ın məlumatına görə, ilk köç karvanı avqust ayının 20-də Gəncə şəhərindən yola salınıb. Kəlbəcərlilər bu gün doğma yurdlarına yerləşəcəklər. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Kəlbəcər şəhərində təməlqoyma və açılışlarda iştirak edib. Ölkə liderinin işğaldan sonra ilk köç edən kəlbəcərlilərlə görüş keçirəcəyi gözlənilir. 

Ağarza Elçinoğlu