Rusiya Ukraynada "sülhməramlılar" adı altında heç bir NATO qoşununu qəbul etmir və belə təhlükəsizlik zəmanətlərinə ehtiyac duymur.

"Unikal" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. 

"Beyinsiz Qall xoruzu Ukraynaya qoşun yeritmək fikrindən vaz keçmir. Açıq-aşkar bildirildi: sülhməramlı kimi NATO hərbçiləri yoxdur. Rusiya belə təhlükəsizlik təminatlarını qəbul etməyəcək. Amma bu yazıq quş qarğaların şahı olduğunu sübuta yetirməkdə davam edir", – Medvedev X-də yazıb.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bəyan etmişdi ki, Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə yaradılmış "könüllülər koalisiyası" gələcək təhlükəsizlik təminatları çərçivəsində Ukraynada dəstək qüvvələrini yerləşdirməlidir.

Ağarza Elçinoğlu