"Kapitulyasiya bir dəfə imzalanan bir şeydir. 6 dəfə kapitulyasiyaya imza atmaq mümkün deyil". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 21-də nazirlər kabinetinin növbəti iclasından sonra açıqlamasında deyib. 

Paşinyan qeyd edib ki, rəqiblərinin sözlərinə görə, bu müddət ərzində artıq 5-6 dəfə kapitulyasiyalar imzalanıb və hökumət yeni kapitulyasiyalara imza atmağa hazırlaşır: "Bu, artıq kifayət qədər analitik əsasdır ki, müxalifət partnyorları deməyə sözləri olmadığı üçün belə danışırlar. Başqa səbəb yoxdur". 

Ağarza Elçinoğlu