Kəlbəcərə ilk köçənlərdən 20 ailədən biri də Milli Qəhrəman Hökümə Əliyevanın ailəsidir.

Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyev "Unikal"a açıqlamasında bildirib ki, onların ailəsinə 4 otaqlı ev təqdim edilib.

"Sağ olunsun dövlət başçımız.  Bizi öz doğma torpaqlarımıza qovuşdurdu. Bu gün Prezident İlham Əliyev mənə Kəlbəcərin mərkəzində yerləşən tam təmirli 4 otaqlı evin açarını təqdim elədi".

Qeyd edək ki, bu barədə ilk məlumatı Modern.az saytı yayıb. 

Tural Əhmədov