Saatlı rayon sakini quldurluq etdiyinə görə tutulub.

Unikal.org DİN-ə istinadən bildirir ki, Cəbrayıl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 6-da Zeynəb Haqverdiyevanın yaşadığı evə girib onu və oğlu Namiqi döyərək pul vermələrini tələb etməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilib.

Saatlı rayon sakini, əvvəllər məhkum olunmuşKərəm Mövsümovtutulub, digər şəxs isə müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.