Biləsuvar rayonunda ata öz oğlunu güllələyib.
Unikal.org xəbər verir ki, Rayonun Polis İdarəsindən anspress-ə verilən məlumata görə,şəhər sakini, 1940-cı il təvəllüdlü Qərib Xanhüseynov yaşadığı evində aralarında yarananailə-məişət münaqişəsi zəminində tüfəngdən atəş açaraq oğlu, 1977-ci il təvəllüdlü Xaqaniyəhər iki ayaq nahiyəsindən xəsarət yetirib.
Biləsuvar Rayon Polis Şöbəsiəməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Xanhüseynov saxlanılıb, hadisəni törədərkən istifadə etdiyi "İJ-58 markalı tüfəng götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Daha bir silahlı insidentAğstafa rayonunda qeydə alınıb. Eynallı kəndində kənd sakini Tuqay Cəfərov sərxoş halda münaqişə zəminində tüfəngdən həmkəndlisi Şükür Şükürovun başının üzərindən havaya 2 dəfə atəş açıb.
Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən T.Cəfərovdan müvafiq sənədləri olan "TOZ-16 markalı ov tüfəngi götürülüb.