Cəlilabadda 13 yaşlı uşaq 35 yaşlı şəxs tərəfindən bıçaqlanıb.
Unikal.org report-a istinadən bildirir ki, hadisə rayonun Sabirabad kəndində qeydə alınıb.
Zərərçəkənin yaxınlarının sözlərinə görə, həmin kəndin sakini, 35 yaşlı İlqar Əliyev 13 yaşlı Əli Məhərrəmovun yaşadığı evdən çölə çağıraraq qollarını tutub. Daha sonra öz azyaşlı övladına bıçaq verərək Ə.Məhərrəmova zərbə endirməyi tapşırıb. Lakin övladı bunu etmədikdə özü bıçağı götürərək Ə.Məhərrəmovun qarın nahiyəsinə zərbə endirib.
İ.Əliyev bıçaqladığı azyaşlının qardaşı Qismət Məhərrəmova xəsarət yetirmək istəsə də o, həyətə qaçdığından buna nail olmayıb.
Məlumata görə, hadisə azyaşlı uşaqlar arasında baş verən dava üstünda baş verib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanması ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.