"Kapital Bank" çarəsiz vəziyyətdə
12:51 09-06-2012
CƏMİYYƏT
"Kapital Bank" çarəsiz vəziyyətdə
Bank əmanətlərin qaytarılmasına çətinlik çəkir
Məlum olduğu kimi, ölkə başçısının fərmanına əsasən, iyunun 1-dən Azərbaycanda batmış sovet əmanətləri üçün nəzərdə tutulan kompensasiyaların verilməsinə başlanılıb.
Xatırladaq ki, SSRİ Əmanət Bankında saxlanılan bu pullar ötən əsrin 90-cı illərindəki yüksək inflyasiya səbəbindən dəyərini itirib və əmanətlərin qaytarılması prezidentin fərmanı ilə Azərbaycan SSR Əmanət Bankının varisi olan "Kapital Bank"a həvalə olunub.
Amma elə ilk günlərdən əmanətlərin verilməsi ilə bağlı "Kapital Bank"dan şikayətlər gəlməyə başlayıb və həmin şikayətlərin miqyası hər gün bir az da artır. Bankın qarşısındakı əmanətçilərdən birinin sözlərinə görə, əmanətlərin qaytarılması prosesi ciddi problemlərlə müşahidə olunur. Sitat: "Biz növbədə dayanmışdıq ki, polis bizi jurnalda qeydə alsın. Amma mənə dedilər ki, iki gün sonra gəlim. İki gün sonra gəlmişəm və yenə uzun növbə var. Nəzərə alsaq ki, mən hər gün bura gəlmək üçün işdən icazə alıram, onda görün hər dəfə necə problemlər yaranır. Nəhayət, növbəm çatdı və bütün sənədlərimi yoxladılar, çek verdilər və dedilər: "8 gün sonra gəlin". Hökumət nümayəndələrinin sözlərinə görə, pulları beş gün müddətində bizə qaytarmalıdırlar. Amma göründüyü kimi reallıq belə deyil. Onsuz da bizim pullarımızı bizə cüzi məbləğdə qaytarırlar. Biz uzun illər onu almaq ümidilə yaşamışıq. Onu da qəpik-quruşla qaytarır, bu da azmış kimi əziyyət verirlər".
"Kapital Bank"ın 8 saylı filialının qarşısında dayanan başqa bir təqaüdçünün də fikirləri fərqli deyil. O bildirir ki, əmanətin qaytarılması zamanı rastlaşdığı bürokratiyadan boğaza yığılıb: "Əmanətlərin verildiyi ilk gündə 79 nəfər pulunu ala bildi. Televiziya gəldi, çəkdi, xəbərlər proqramında göstərdilər. Bir sözlə, şou düzəltdilər. İkincü gün bu qarışıqlıq yarandı. Biz indi gəlib, günlərlə burada dayanmalıyıq. Burada adamlar o qədər də çox deyil, amma çoxdandır ki, dayanmışıq. Bu pulları dərmana verəcəyəm. Bir tərəfdən sevinirəm, o biri tərəfdən, mənə burada dayanmaq çətindir".
Filialın qarşısındakı polis əməkdaşlarından birinin sözlərinə görə, "Kapital Bank"ın digər filialları ilə müqayisədə burada növbə böyük deyil: "İşi bank əməkdaşları yubadır. Bir adamın sənədlərinin qeydiyyatı, yoxlanması 20-30 dəqiqədən çox çəkir. Biz vətəndaşlara lazımi köməyi göstəririk, çalışırıq yaşlı, xəstə adamları içəri buraxaq. Burada hərənin öz növbəsi var".
Qeyd edək ki, əmanətlərin qaytarılmasının "Kapital Bank"a həvalə edilməsi qəribə görünməsə də, elə ilk gündən prosesin problemlərlə, narazılıqlarla müşahidə olunması Elmar Məmmədovun rəhbərlik etdiyi bankın hazırlıqsızlığından xəbər verilir. Aydın görünür ki, "Kapital Bank" prosesi uğurla həyata keçirmək gücünə malik deyil.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10