Baş bankirdən 1 dolların 2,5 manat olması xəbərlərinə - Cavab
14:26 19-01-2016
CƏMİYYƏT
"Bu gün şayiələr gəzir ki, guya dolların məzənnəsi 2 - 2,5 manat olacaq. Bu söz-söhbətlər həqiqəti əks etdirmir". Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. E. Rüstəmov əlavə edib ki, bəzi möhtəkirlərin vəziyyətdən sui-istifadə etməməsi üçün ölkədə 200-dək valyutadəyişmə məntəqəsi ləğv edilib: "Artıq mübadilə əməliyyatları bankların daxilində aparılır və bu amil ajiotajın aradan qalxmasına səbəb olacaq". Manatın bugünkü məzənnəsini sərt eniş adlandıran E. Rüstəmov əlavə edib ki, neftin qiymətinin 25-30 dollar ətrafında proqnozlaşdırıldığından makroiqtisadi sabitlik üçün iqtisadiyyat neftin qiymətinə uyğunlaşdırılmalıdır.
Digər Xəbərlər
2025-01-09 16:47:00
2025-01-09 16:35:53
2025-01-09 16:35:00
2025-01-09 16:31:00
2025-01-09 16:24:28
2025-01-09 16:22:00
2025-01-09 15:59:00
2025-01-09 14:51:18
2025-01-09 14:45:00
2025-01-09 14:25:00
2025-01-09 14:12:47
2025-01-09 13:02:18
2025-01-09 12:34:25
2025-01-09 12:15:08
2025-01-09 12:00:52
2025-01-09 11:57:00
2025-01-09 11:49:02
2025-01-09 11:48:17
2025-01-09 11:33:26