Yeni komitə sədrindən doğru addım
12:57 09-06-2012
CƏMİYYƏT
Yeni komitə sədrindən doğru addım
Elşad İskəndərov komitə işçilərinə şəhid ailələrinə baş çəkməyi tapşırıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov iyunun 5-də Ermənistanın təxribatçı qrupunun Qazax rayonu ərazisində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girmək cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan hərbçilərinin - Əliyev Amil Novruz oğlu, Əzizov Xalid Mətləb oğlu, Bağırov Vahid İntiqam oğlu, Ataşlı Zülfüqar Vəli oğlu, İsmayılov Elçin Əlövsət oğlu - ailələrinə başsağlığı teleqramı göndərib.
Qurumun mətbuat xidmətindən daxil olan xəbərdə deyilir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional şöbələrinə şəhid ailələrini ziyarət edərək qayğıları ilə maraqlanmaq, bu məqamda onlara hərtərəfli dəstək olmaq tapşırılıb.
Komitə sədrinin başsağlığı məktubunda deyilir ki, xalqımız tarix boyu çox müsibətlər görüb, ağrılı-acılı günlər yaşayıb: "Lakin Vətən torpağının hər qarışının, hər daşının düşməndən qorunması igid Azərbaycan oğullarının dönməzliyi, mübarizliyi sayəsində mümkün olub. Şəhid oğullarımızla təkcə ailələri deyil, bütün Azərbaycan xalqı qürur duyur. Bu cür Vətən övladlarının keçdiyi şəhidlik məktəbini özünə örnək alan bütün gənclərimiz ali baş komandanı, prezident İlham Əliyevin əmr etdiyi anda vətənimizin müdafiəsi, işğal olunmuş torpaqlarımızın azadlığı naminə səfərbər olub, hər an canlarını fəda etməyə hazır olduqlarını nümayiş etdirəcəklər. Torpaq - uğrunda ölən varsa, Vətəndir!".
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49