İngiltərənin "Channel 4" telekanalında yeni formatda veriliş başlayıb.

Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, "Naked Attraction" ("Çılpaq cazibə")adlı tanışlıq proqramı əxlaqi dəyərləri ciddiyə almamaq səbəbi ilə sərt tənqid olunub.

İki hissədən ibarət olan proqrama qatılan 6 iştirakçı tamamilə çılpaq vəziyyətdə qutuların içində gözləyərək qarşı cins tərəfindən seçilməyi gözləyirlər. Qutuların qarşısında panellər açılmağa başlayınca onlar açıq şəkildə tamaşaçılara göstərilirlər.

Media sahəsinin tənqidçiləri verilişi "Gəlmiş-keçmiş ən pis proqram" adlandırıblar. Tvitterdə minlərlə izləyici "Naked Attraction"ı boykotedib. İngiltərənin ali televiziya qurumu olan "Ofcom" 24 saat ərzində dayanmadan şikayət qəbul edib. "MediaWatch UK" adlı təşkilat isə"Bu proqram televiziya tarixindəbaş verənən pis hadisədir"şəklində açıqlama verib. /axsham.az/