Məhkəmə Ermənistanın polis hissəsini ələ keçirmiş silahlı qrupun üzvü Aram Manukyanın həbsi barəsində qərar qəbul edib. Bu barədə Unikal.org "Novosti Armeniya"-ya istinadən xəbər verir.
Hazırda, Aram Manukyan və onun atası, Pavlik Manukyan "Erebuni" tibbi mərkəzində yerləşirlər.
Qeyd edək ki, iyulun 17-dən bir qrup silahlı şəxs Yerevan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb.