Azərbaycan və Dağıstanın xalq artisti İlhamə Quliyevanın vəfatından aylar keçsə də, onun haqda söz-söhbətlər, sensasiyyalı məlumatlar səngimək bilmir.
Unikal.org xəbər verir ki, bu günlərdə Bizimyol.info saytına sensasion məlumat daxil olub. Məlumata görə, xalq artisti İlhamə Quliyeva ölümündən az qabaq əməkdar artist Cavanşir Məmmədova 200 min manat pul verib. Saytımıza daxil olan məlumatda, bu böyük məbləğin hansı məqsədlə əməkdar artistə verilməsi və 200 min manat pulun sonrakı aqibətinə də aydınlıq gəlməyib.
Cavanşir Məmmədovla bununla bağlı açıqlamasında əvvəl məlumatın doğru olmadığını bildirsə də, sonradan bir çox sirlərə aydınlıq gətirib.
"İlhamə xanım hələ ölməmişdən qabaq, bankda olan pulundan 200 min manat çıxarmışdı. Bir gün mənə zəng etdi ki, bankdan pulumu çıxarmışam, ev almaq istəyirəm. Evi axtarıb tapana qədər, pulun səndə qalmasını istəyirəm. Mən də pulu götürüb, evdə saxladım. İnanın istəmirdim saxlamaq, çünki böyük məsuliyət idi. Hər gün pula görə evə 10 dəfə zəng edirdim ki, qapını heç kimə açmayın, pulu oğurlayarlar. İlhamə xanım pulu mənə əmanət edəndə dedim ki, oğlun yaxınların da bilsin ki, birdən sənə nəsə olar, pulun aqibətini bilim nə etmək lazımdı.
Saytımızın əməkdaşının bəs pulu öz evində niyə saxlamırdı sualına Cavanşir Məmmədov belə cavab verib. "O mənə dedi ki, ev tapan kimi pulu səndən götürəcəm. Mənim evimdən oğurlayarlar. Heç kimin adını çəkmədi, sadəcə dedi ki, oğurlayarlar.
Daha sonra əməkdar artist açıqlamasında pulun aqibətinə də aydınlıq gətirib. "İlhamə xanımın pulu iki ay məndə qaldı. Daha sonra biz ona ev tapdıq. Elə rəhmətə getdiyi evi, həmin pulun üstünə 120 min manat da əlavə edib, 320 min manata aldıq. "Hüseyn Cavid parkından aşağıda, dənizə panaramalı evdir. Yəni bu məsələni onun oğlu da, əməkdar artist Firuzə İbadova da bilir. Oğlu Orxan evi 350 min manata danışmışdı, mən 320 minə aldım. İlhamə xanımı bu məsələdə 30 min qabaq saldım. Daha sonra evin mebellərini də mən almışam, orda da İlhamə xanımı 15 min manat endirim etdirmişəm. Mebelləri də 50 minə almışam. Yəni məlumat doğrudu. Mən belə etibarlı adam olmuşam. O qədər pulu qardaş- qardaşa etibar etməz. Heç bir sənəd, razılaşma olmadan, pulu mənə əmanət edib. Görünür, kimsə məni çox istəyənlərdən biri, bu məlumatı sizin saytınıza verib.İlhamə xanımla mən çox yaxın olmuşam. Allah onu rəhmət eləsin. Çox yaxşı qadın olub. Çoxlarına yaxşılıqlar edib, amma nədənsə ancaq pisliyi danışılır.