Azərbaycan Prezidentiİlham ƏliyevBakı şəhərinin Yasamal rayonu ərazisindəFüzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Unikal.org xəbər verir ki, sərəncamda deyilir:
"1. Bakı şəhərinin Yasamal rayonundaFüzulimeydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının aliyyə Nazirliyibu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.