"Facebook şirkəti KİV nümayəndələrini öz laboratoriyası olan "Area 404" adlı gizli əraziyə dəvət edib.
Unikal.org technote-yə istinadən xəbər verir ki, burada mühəndislər gələcəyin texnologiyalarını yaratmaqla məşğuldurlar.
Məhz burada şirkət günəş batareyaları ilə çalışan pilotsuz uçuş aparatlarının, VR cihazların, internetin lazerlər vasitəsilə çatdırılması, yeni nəsil serverlər və s. üzrə sınaqlar keçirir. 2000 kvadrat metr sahəni əhatə edən "Area 404" (brauzerdə hər-hansısa sorğunun axtarışı zamanı tapılmayan veb səhifə xətası şərəfinə adlandırılıb - 404 Error) ərazisi "Facebookun Kaliforniyadakı mərkəzi ofisində yerləşir.
Sözügedən ərazidə həyata keçirilən bir çox layihələr sirli olaraq saxlanılır. Hətda onlar o dərəcədə sirli layihələrdir ki, onların tərtib olunduğu yerlərə şirkətin CEO-u Mark Zukerberqi belə buraxmırlar.
Laboratoriyada müxtəlif növ texnikaya rast gəlmək olar. Məsələn hər hansı bir texnologiyada ən xırda detalları aşkar etmək üçün 10 000 dəfə yaxınlaşdıran mikroskopu, 3D printerləri, kompüterlə rəqəmli idarəetmə dəzgahlarını, MRT (Maqnit Rezonans Tomoqrafiyası) skanerlərini və digər ağır texnikanı gətirmək olar.