Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar İstanbulun sabiq valisi Hüseyn Avni Mutlu həbs olunub.
Bu barədə Unikal.org "Haber 7" telekanalına istinadən məlumat verir.
Onu evində axtarış aparıldıqdan sonra saxlayıblar.
Keçmiş vali Fətullah Gülənin terror təşkilatına dəstək verməkdə ittiham edilir.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.