Samirə Abdullayeva: "Köçkünlərə maddi baxımdan nə qədər kömək göstərilsə də, bu yetərli olmur, çünki onların daha çox mənəvi dayağa ehtiyacları olur"
Bu gün Azərbaycanın yaşadığı problemlərdən biri də bir milyondan çox qaçqın və məcburi köçkün yükünü ,çəkməsidir. 1988-ci ildən etibarən Azərbaycan qaçqın və məcvburi köçkün problemi ilə üz-üzə qalıb və hər zaman maraqlı bir proses ortaya çıxıb.
Azərbaycan höküməti hər zaman bu problemi həll etməyə çalışıb və bütün imkanlarını səfərbər edərək bu cür insanların hansısa kompleks yaşamasına imkan verməyib.
Ekspert-psixoloq Samirə Abdullayeva da "Unikal"a açıqlamasında bu məqama diqqət ayıraraq bildirib ki, bu cür insanların puldan, madiyyatdan öncə mənəvi dəyərlərə, dayaqlara ehtiyacları daha çox olur: "Bu insanlar ev-eşiklərini itirmiş insanlardır. Onlara maddi baxımdan nə qədər kömək göstərilsə də bu yetərli olmur. Çünki onların daha çox mənəvi dayağa ehtiyacları olur". Görünür bunu nəzərə alan Azərbaycan hakimiyyəti də hər zaman maddi dayaqla yanaşı bu insanlara mənəvi dayaq göstərməyə çalışır. Elə ötən il prezidentin atdığı addım da buna əyani misal oldu.
Belə ki, prezident İlham Əliyev ad gününü hansısa saraylarda yox, məhz qaçqınların arasında keçirdi. Bu isə prezident İlham Əliyevin qaçqınlara verdiyi dəyər və qayğı idi. Amma çox təəssüflər ki, ölkədə qaçqın və məcburi köçkünlərə xüsusi qayğı olsa da beynəlxalq güclər məsələyə daha çox biganəlik nümayiş etdirir və işğalçı Ermənistana qarşı real heç bir addım atmır. Bununla bağlı baş nazirin müavini Əli Həsənov açıqlama verərək deyib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi ciddi bir problemlə üzləşib. Problemin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail olunmadığını diqqətə çatdıran Əli Həsənov dünya birliyinin, beynəlxalq təşkilatların qəbul etdikləri qərarların icra mexanizminin olmamasından təəssüfləndiyini bildirib.
O, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan milli-mədəni sərvətlərimizi talan edib, bütün infrastruktur dağıdılıb. Ermənistan BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamə və qərarlara məhəl qoymur. ATƏT-in Minsk qrupunun problemin həlli istiqamətində danışıqları isə indiyədək heç bir nəticə verməyib.
Əli Həsənov vurğulayıb ki, Azərbaycan Prezidenti müstəqil siyasət həyata keçirir və bütün ölkələrlə əməkdaşlıq edir. Ancaq nə üçün bizim bu problem həll olunmur. Heç kim bu suala cavab vermir. Amma bilməlidirlər ki, ədalət gec-tez öz yerini tutacaq. Bu haqsızlığı törədənlər nə vaxtsa bununla rastlaşacaqlar. Baş nazirin müavini deyib: "Azərbaycan müstəqilliyini bərpa edəndən sonra demokratik, hüquqi dövlət qurub. Bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə düzgün istiqamətdə irəliləyir və hər zaman da uğurlar əldə edir. Artıq bir neçə ildir ki, Azərbaycan Prezidenti beş strateji vəzifə müəyyənləşdirib: yoxsulluğun həddinin minimuma endirilməsi. Bu rəqəm artıq 4 faiz həddindədir. Bu vəzifələr arasında neft amilindən asılılığın azaldılması da var. Cənab Prezident bu sahədə çox uzaqgörənlik edib. O, hələ 2008-ci ildə göstəriş vermişdir ki, neftdən əldə olunan gəlir qeyri neft sektoruna yönəlsin. Əgər bunlar olmasaydı bu gün çox böyük çətinliklərlə qarşılaşardıq. BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Diqqət mərkəzində olan digər vəzifələrdən biri də insan hüquqlarının qorunması və korrupsiyaya qarşı ardıcıl mübarizə aparılmasıdır. Hər bir strateji istiqamətdə dövlət proqramları var və uğurla icra olunur. Azərbaycan öz inkişaf tempi ilə dünya ölkələri arasında çox önəmli bir yerdədir və bir neçə istiqamət üzrə dünyanın maraq mərkəzindədir. İlk növbədə Ölkə Prezidentinin müstəqil siyəsət yürütməsi, ölkəmizin dünyanın ən tolerant ölkələrindən biri olması, xalq olaraq sülhməramlı olmağımız və s. Bu gün Azərbaycan dünya üçün açıq, tolerant bir ölkədir. Burada bütün millətlərin, dinlərin nümayəndələri əmin-amanlıq şəraitində, bir ailə kimi yaşayırlar, onların öz ibadət yerləri var. Bakıda kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Son on ildə ölkəmizdə iki dəfə dinlərarası beynəlxalq konfrans keçirilib. Bu tədbirlərdə 160-dək ölkənin dini rəhbərləri iştirak edib. Məhz buna görə də Ölkə Prezidenti bu ili multikulturalizm ili elan edibdir. Ərazilərimizin işğal olunmasına baxmayaraq Azərbaycan MDB məkanında ən sabit, təhlükəsiz bir ölkədir. Artıq bu gün bizi neft-qaz ölkəsi kimi yox, qlobal layihələri reallaşdıran, bəşəri problemlərin həllinə yönəlmiş mühüm təbdirlərə ev sahibliyi edən bir ölkə kimi tanıyır və qəbul edirlər. Buna misal olaraq, "Eurovision" mahnı müsabiqəsini, ilk dəfə Bakıda keçirilən birinci Avropa Oyunlarını, beynəlxalq dialoq forumlarını və bu qəbildən olan digər çoxsaylı tədbirləri göstərmək olar. Ölkəmiz MDB məkanında müstəqil siyasət yürütməklə dünyada ən layiqli yerini tutub. Azərbaycanda son 10 ildə 1 milyon 300 min yeni iş yeri yaradılıb. İnsanların normal yaşaması üçün hər cür şərait var. Məqsəd 2020-ci ilə qədər neftdən asılılıqdan qurtulmaq, yoxsulluğu tam aradan qaldırmaqdır. Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib".
Baş nazirin müavini bildirib ki, əgər torpaqlarımız işğal altında olmasaydı, qaçqın və məcburi köçkün problem ilə üzləşməsəydik ölkəmizin əldə etdiyi naliyyətlər daha da böyük olardı: "Bu gün Avropa ölkələri 600-700 min qaçqının əlində aciz qalıb. Görün o ölkələrdə həmin qaçqınlar hansı problemlərlə üzləşirlər. Bu insanların bütün huquqları tamam pozulub, Bəs 10 milyona yaxın əhalisi olan Azərbaycan 1 milyon 200 min qaçqın və məcburi köçkünün öhdəsindən 20 ildir necə gəlir?! Azərbaycan dövləti qaçqın və məcburi köçkünlər üçün hər cür şərait yaradır. Son 20 ildə qaçqın və məcburi köçkünlər üçün 94 müasir qəsəbə salınıb, indiyədək həmin qəsəbələrə 250 min qaçqın və məcburi köçkün köçürülüb və bu proses davam edir. Hətta BMT-nin QAK bu sahədə ölkəmizin nümunəvi təcrübəsindən istifadə edir. Eyni zamanda ölkəmizdə beynəlxalq təşkilatlar üçün çöx şəffaf bir şərait yaradılmışdır. Azərbaycan Prezidentinin bu istiqamətdə gördüyü işlər bütün dünya üçün nümunədir".
Ekspertlər bunu da bildirir ki, bu gün Azərbaycan hakimiyyətinin qaçqınlara olan yanaşması ciddi öyrənilməli və digər dövlətlərdə də tətbiq olunmalıdır. Əslində bəs bu yanaşmada diqqəti cəlb edən nüans nədir?
1. Dövlət ilk məqamda qaçqınların zəruri təlabatlarını təmin netməyə çalışır
2. Ünvanlı sosial yardıma ehtiyacı olanların problemlərini istiqamətləndirir
3. Adi vətəndaşlara yaradılan yaşam tərzinə uyğun şərait yaradılır
4. Bu insanların psixoloji travma almasının, kompleks yaşamasının qarşısını kəsir
5. İnsanlarda ümidin qorunmasını təmin edir
Hər halda bu məqamlar kifayət qədər vacib faktordur və hazırda dünyada yaşanan qaçqınlıq problemində məhz bu məqamlar nəzərə alınmır. Azərbaycanda isə bu cür insanlarda ümid ən yüksək həddə qorunur və məğlub millət sindromunun yaranmasının qarşısı alınır. Buna görə də bu gün qaçqınlar öz dövlətlərinə daha çox inanır, nəinki kənar güclərə. Dəfələrlə şahidi olmuşuq ki, ölkə kənarındakı xarici qüvvələr qaçqınlarla dövlət arasında bir gərginlik yaratmağa çalışıblar və bunun üçün milyonlarla dollar pul da xərclənib. Amma sonda açıq şəkildə sübut olunub ki, qaçqın və məcburi köçkünlər bu dövlətə daha çox inanır və bir an da olsa kənar qüvvələrin yanında durmağı mümkün hesab etmirlər. Bütün bunlar isə sözsüz ki, qaçqınların dövlətə olan inamıdır. Sonda bunu da qeyd edək ki, prezident İlham Əliyev ilk seçkilər zamanı bir çox məsələləri özünün prioritet məsələləri adlandırmışdı ki, bunun da içərisində və ön sırada duranı qaçqınların sosial problemlərinin həlli idi. Bu gün aydın olur ki, prezident qaçqınlarla bağlı qarşısına qoyduğu vəzifələrin hamısını həyata keçirib və hazırda ölkədə bir dənə də olsa çadır şəhərciyi qalmayıb. Çünki 10 il öncə prezident İlham Əliyev bəyan etmişdi ki, qaçqınlar ən yüksək səviyyədə yerləşdiriləcək və bunun üçün xüsusi qəsəbələrdə salınacaq. Bu gün isə nəinki qəsəbələr, hətta şəhər yüklü yaşayış zonaları da yaradılıb. Bununla paralel olaraq qaçqınlar indinin özündə də bir çox güzəştlərə sahibdirlər və bu güzəştlər bu insanların sosial problemlərinin həllinə təkandır.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16