"Fəxri ad və ya təqaüd almaq üçün prezidentdə müraciət etmişdim. Ərizəm Mədəniyyət Turizm Nazirlyinə göndərildi, onlar da dedilər ki, hələ gözlə.
Bu fikirləri Unikal.org-a tanınmış müğənni Əli Mirəliyev deyib. Bundan əvvəl onun fəxri ad almasına əngəl yaradan şəxslərin də adlarını çəkib: "Mənim fəxri ad almağıma mane olan ən birinci şəxs Polad Bülbül oğludur. O nazir olan vaxt mənim adımın üstündən xətt çəkib ki, Əli Mirəliyevə ad düşmür. Məndən xoşu gəlmirdi Poladın. Həmişə ona deyirdim ki, səndən oxuyan olmayacaq, get, Nizami kinoteatrında bilet sat. O boyda Bülbülün oğlu ara mahnıları oxuyurdu. Əbülfəz Qarayevə gəlincə, onun musiqidən anlayışı yoxdur. Musiqini bilsəydi, mən ondan umardım. O adam Səməd Səmədovla Əli Mirəliyevin fərqini bilmir. Buna görə də Əbülfəz Qarayevən gözləntim yoxdur.