Bakıya son zamanlar ərəb turistləri axışmaqdadır. Turistlərlə bağlı Bakı sakinlərinin fikirləri isə birmənalı deyil.
Unikal.org-un moderator.az-a istinadən məlumtına görə, Bakı otellərinin birində ərəb turistin iştirakı ilə xoşagəlməz hadisə yaşanıb. Oteldə müştəri olan şəxsin bildirdiyinə görə, o, otelin girəcəyində bir ərəb və uşaq görkəmli qızın administratorla dialoqunun şahidi olub. Ərəb yanında gətirdiyi qızla nömrəyə getmək istəyirmiş. Otel administratoru isə ərəbə başa salmağa çalışırmış ki, Azərbaycanda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqəyə girmək cinayətdir.
Məlumatı verən mənbə müxbirimizə bildirib ki, o, yaranmış mübahisdən istifadə edərək azyaşlı qızla söhbət edərək ərəbin onu aldadaraq otelə gətirib-gətirmədiyi ilə, eyni zamanda yaşı ilə maraqlanıb, nəticədə məlum olub ki, 2001-ci il təvəllüdlü qız Baklda yerləşən barların birində ərəblə tanış olub. Otelə isə ərəblə gecələməyə gəlibmiş. Amma otel rəhbərliyi onların bu arzusunu gözündə qoyaraq, bu şəxslərə nömrə verməyib.