Türkiyənin Bitlis vilayətində PKK silahlılarının açdığı atəş nəticəsində 1 əsgər ölüb, 1 kənd qorucusu yaralanıb.

Unikal.org-un "Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçular Bitlis vilayətinin Hizan rayonu ərazisində yerli təhlükəsizlik qüvvələrini iri çaplı silahlardan atəş tutub.

Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə genişmiqyaslı əməliyyat başlayıb.