Bakıda 25 yaşlı oğlan intihara cəhd edib.

Unikal.org report-a istinadən xəbərinə görə, Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Teymur Paşayev özünü öldürmək məqsədilə metronun "Koroğlu stansiyasının yaxınlığındakı asma körpüyə çıxmaq istəyərkən Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qarşısı alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.