Kişilər, diqqət! Bu səhvləri edirsinizsə, xanımınız sizdən soyuya bilər. Unikal.org Aile.lent.az-a istinadən xəbər verir ki, qadınları kişilərdən soyudan 10 davranışı təqdim edir.
Baxımsızlıq
Kişi çox içki içir və siqaret çəkirsə, ətrafa pis qoxu yayırsa, gigiyenik təmizliyə əvvəlki qədər önəm vermirsə, qadın bundan narahat olub ona toxunmaq və sekslə məşğul olmaq istəməz.
Çox qısqancılıq
Qadınlara qarşı çox qısqanclıq və çox sahiblənmək davranışı əvvəl-əvvəl yaxşı təsir yarada bilər. Ancaq bu davranışlar şiddətə dönüşübsə, qadında mənfi təsir oyadar.
Təzyiq göstərmək
Qadının da, kişinin də öz dünyası var. Əgər kişi təzyiq göstərərək öz dünyasını qadına qəbul etdirmək istəyərsə, sonda iki dünya toqquşar. Hər iki insanın dünyasının fərqli olduğunu qəbul etmək lazımdır. Əks halda qadın psixoloji olaraq soyumağa başlayar.
Diqqətsiz yanaşmaq
Sevgili olduğu zamanda kişi qadına qarşı daha diqqətcil, sevgi, qayğı dolu münasibət göstərsə də, ailə qurduqdan sonrazaman keçdikcə kişinin bu davranışlarının dəyişməsi qadını itirməyin qısa yoludur. Qarşılıqlı sevgi və qayğı həmişə canlı tutulmalıdır.
Eqoistlik
Həssas olan, həmişə diqqət istəyən tərəf qadındır əslində. Ancaq kişinin özünü diqqət mərkəzinə yerləşdirmək istəməsi sonda mənfiləri özü ilə bir gətirir.
Tələskən olmaq
Qadınlar cinsəllik başda olmaqla digər məsələlərdə də kişilərin tələskən olmasından narahat olurlar. Münasibət səbr və hörməti gərəkdirən dövrdür.
Uzun müddət sekslə məşğul olmamaq
Uzun müddət cinsəllikdən uzaq durmaq cinsi istəkləri azaldır. Cinsi həyatı fantaziya, həyəcanla kasıb olan cütlük zamanla bir-birindən uzaqlaşır. Qadın istəməsə belə, kişilər ona toxunub, erotik masaj etməlidirlər.
Qadının istəmədiyi davranışlarda təkid etmək
Qadının istəmədiyi davranışlarda təkid etmək onu qəzəbləndirır və qəzəbli qadın ərindən soyuya bilər.
Cinsi performans təkidi
Cinsəllik sevgi və hörmətlə birgə yaşanmalıdır. Cinsəllik sadəcə cinsi orqanlarn birləşməsi deyil. Tərəflər hər yaşda cinsəllik zamanı sevgi və güvən duyğularını paylaşmalıdır.
Qadının bədənini bəyənməmək
Qadınlar bədənlərinin necə göründüyünə çox əhəmiyyət verərlər. Buna görə sevdyi insanın onun bədəni haqqında düşüncəsini çox önəmsəyirlər. Əgər kişi ona tərif deməsə, bəyəndiyini və arzuladığını qadına hiss etdirməsə, qadın özgüvənini itirər və kişidən soyuyar.