Sabah respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsi-vakansiya seçimləri başa çatır.

Unikal.org xəbər verir ki, avqustun 4-dən başlayan ixtisas seçimi avqustun 7-si, saat 00:00-dək davam edəcək.

Bu mərhələdə namizədlər şəxsi səhifələrinə daxil olaraq, topladıqları bala uyğun vakant yerləri seçirlər.

Hazırda respublikanın ümumi təhsil müəssisələrində mövcud olan 3 381 vakansiya müsabiqəyə çıxarılıb. Namizədlərin nəzərinə çatdırılır ki, vakant yerləri seçdikdən sonra elektron ərizəni təsdiq etmək zəruridir. Növbəti mərhələyə keçmək hüququ əldə etmiş namizədlər müsahibəyə dəvət olunacaq.