Gündəlik həyatımızın sağlam və enerjili keçməsi üçün müxtəlif təbii yolların əhəmiyyəti danılmazdır.
Unikal.org deyerler.org-a istinadən bildirir ki, bu sırada çərəzlər bizim üçün əsas köməkçi rolu oynaya bilər. Buna görə də çərəzlərin faydası barədə məlumatı təqdim edirik.
Qoz - bağırsaqları yumşaldır. Yaşıl yetişməmiş qozun suyunu bal və üzüm sirkəsi ilə qarışdırıb qarqara etmək ağızdakı yaraları, damaq və diş qanamasını müalicə edir.
Fındıq - böyrək ağrılarını sakitləşdirir. Böyrəkdə olan qum və daşların düşməsinə kömək edir. Bundan başqa, bağırsaq qurdlarının da düşməsinə kömək edir. Bədən və zehni yorğunluğu aradan aparır.
Badam - bədən və zehni yorğunluğu aradan aparır. Baş ağrısı, qaraciyər və böyrək ağrılarını azaldır. Şəkəri qanda tənzimləyir.
Günəbaxan tumu - gərginlik və həyacanı ardan aparır.
Püstə - öd kisəsi və böyrək ağrıları üçün faydalıdır. Bundan başqa, öskürəyin kəsici rolu var.
Şabalıd - ürək-damar xəstəlikləri üçün faydalıdır. Tərkibində olan yağ turşuları damar sərtləşməsinin qarşısını alır.
Kişmiş - dəmirlə zəngin olub qanı artırır. Kişmiş, həmçinin yaddaş üçün də xeyirlidir.
Ləbləbi - mədə üçün olduqca xeyirlidir.
Qaysı qurusu - qaraciyər hüceyrələrinin çoxalmasına səbəb olur və xərçəngin qarşısını alır. Dəmir çatışmazlığından irəli gələn qan azlığının qarşısını alır.
Yekun olaraq onu qeyd edək ki, yaşından aslı olmayaraq gün ərzində 1-2 ədəd də olsa, çərəz yemək beyin mütəxəssisləri tərəfindən israrla tövsiyə olunur. Xüsusilə də inkişafda olan uşaqlar üçün bunun çox önəmli olduğunu qeyd edirlər.