İndiyədək özünü ilahi varlıq sayan Fətullah Gülənin müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi məlum olub.
Unikal.org hafta.az-a istinadən bildirir ki, Gülən artıq 40 ildir ağırlaşmış formal şizofreniya xəstəliyindən əziyyət çəkir. Həkimlərin nəzarətində, o, davamlı şəkildə "Zyprexa" və "Clopixol Depot" adlı dərmanlar içir.
Əldə olunan məlumata əsasən, həkimlər Gülənə son neçə ildir ki, ayda
bir dəfə "Clopixol Depot" verirlər. Bu dərman olduqca təsirlidir. Ona
görə də həkimlər həmin dərman asan sovrulsun deyə FETÖ başçısına
"Akineton" da qəbul etdirirlər.
Bundan əlavə, Fətullah Gülənə yatması - yuxuya getməsi üçün "Diazem" də
içdirilir. "Yeni Akit"ə səzan məlumatlara görə, Gülən ancaq "Diazem"
qəbul edəndən sonra yuxuya gedir.
"Zyprexa" ən ağır şizofreniya xəstələrinə - yaddaş pozulması, qarabasmalar və sair kimi hallar yaşayan insanlara verilir. İstənilən həkim də isbat edə bilər ki, "Zyprexa" reallıqda mümkün olmayan şeyləri görən və ya eşidən, hiss edən, anormal şübhələnən, özünə qapanan, aşırı əsəbi, öz-özünə danışan və sair kimi simptomlar aşkarlanan xəstələrin müalicəsində əsas vasitədir.