Bu gün Rio-de-Janeyro Olimpiadasında cüdo yarışlarına start verilib. Unikal.org APA-ya istinadən xəbər verir ki, Oyunların 2-ci gün Azərbaycan millisinin 1 idmançısı tatamiyə çıxıb.
Peter Zayzenbaherin yetirmələrindən Orxan Səfərov nəyə qadir olduğunu
nümayiş etdirməyə çalışıb. Avropa Oyunlarının finalçısının mübarizə
apardığı 60 kq çəki dərəcəsinin görüşləri Bakı vaxtı ilə saat 17:00-da
başlayıb. Lakin həmyerlimiz ilk mərhələdən azad olduğundan yarışa 1/16
finaldan başlayıb.
"Böyük dəbilqə" və Qran-pri turnirlərinin qalibi olan 25 yaşlı
həmyerlimiz ilk cəhddə Xuan Postiqosu (Peru) sınağa çəkib. Vazaari və
yuko fəndləri ilə qalib gələn təmsilçimiz 1/8 finalda Otar Bestayev
(Qırğızıstan) ilə qarşılaşıb. Görüşün gedişində geri düşən idmançımız
ipponla qalib gələrək 1/4 finala vəsiqə qazanıb.
Bu mərhələdə həmyerlimiz braziliyalı cüdoçu Felipe Kitadai ilə görüşüb.
Bu rəqibini də ipponla məğlub edən Orxan yarımfinala yüksəlib.
Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur.