XXXI Yay Olimpiya oyunlarının ikinci günündə daha bir idman növü üzrə təmsilçimiz qüvvəsini sınayıb. Unikal.org-un məlumatına görə, akademik avarçəkmədə ölkəmizi təmsil edən Aleksandr Aleksandrov və Boris Yutov cütlüyü yarımfinala yüksəliblər.

İki nəfərlik qayıqda 2000 metr məsafə üzrə yarışların təsnifat mərhələsində ilk qrupda mübarizə aparan təmsilçilərimiz 6:40,52 nəticə göstərərək 5 cütlük arasında ikinci yeri tutublar.

Bu nəticə komandamızı yarımfinala yüksəldib.