Məmmədyarov Niderlandda bir sıra görüşlər keçirib
13:45 12-06-2012
CƏMİYYƏT
Məmmədyarov Niderlandda bir sıra görüşlər keçirib
Niderland Krallığının xarici işlər naziri Uri Rosental Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu ölkəyə rəsmi səfəri ilə əlaqədar hökumətin Xüsusi Qonaq Rezidensiyası olan "Johan de Witthuis" (Yohan de Virhaus) sarayında işgüzar nahar ziyafəti verib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nahar zamanı E.Məmmədyarov Azərbaycanın surətli iqtisadi inkişafı, enerji təhlükəsizliyi üzrə Avropanın etibarlı tərəfdaşı olduğunu qeyd edərək, Azərbaycanla Niderland arasında siyasi dialoqun daha da intensivləşdirilməsinin vacibliyini bildirib.
Regional təhlükəsizlik məsələsinə toxunan nazir Ermənistanın tərəfindən Azərbaycanın 20% ərazisinin işğal edildiyini, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin yürüdüldüyünü, münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının və müxtəlif beynəlxalq təşkilatların qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini qeyd edərək, Azərbaycanın münaqişəni beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq həllinin tərəfdarı olduğunu bildirib.
Nazir Uri Rozental Azərbaycanın Niderland cəmiyyətində daim müsbət qarşılandığını, ölkənin adının dünya aləmində yalnız nailiyyətlərlə çəkildiyini, "Eurovision-2012" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunduğunu, Azərbaycanın Niderlandda təşkil olunan "Floriade 2012" beynəlxalq sərgisində müvəffəqiyyətlə təmsil olunması ilə yanaşı, Azərbaycanın sürətli iqtisadi inkişafını, regionda xüsusi əhəmiyyətə malik olduğunu, enerji təhlükəsizliyində Avropanın etibarlı tərəfdaşı olduğunu, Niderlandın Azərbaycanla daha intensiv siyasi dialoqda maraqlı olduğunu bildirib.
Səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Niderlandın baş nazir müavini, eyni zamanda iqtisadi məsələlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagenlə görüşüb. E.Məmmədyarov iki ölkə arasında enerji, qeyri-neft sektoru, alternativ və bərpa olunan enerji, fövqəladə halların, xüsusən də daşqınlar və təbii fəlakətlərin qarşısının alınması sahəsində əməkdaşlığın inkişafının vacibliyini deyib, Niderland şirkətlərini kənd təsərrüfatı, innovasiya texnologiyalarının tətbiqi, nəqliyyat infrastrukturun təkmilləşməsi, su idarəçiliyi, kanal təsərrüfatı və digər sahələrdə əməkdaşlığa çağırıb.
Nazir Elmar Məmmədyarov Maksim Verhageni Azərbaycana işgüzar səfərə dəvət edərək, səfər çərçivəsində Azərbaycan və Niderlandın işgüzar dairələri arasında biznes-forumun təşkil olunması təklifini irəli sürüb. Dəvəti qəbul edən Maksim Verhagen beynəlxalq aləmdə Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edildiyini, Niderlandın Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu bildirərək, gələcəkdə qeyd olunan sahələrdə əlaqələrin genişlənməsinin vacibliyini vurğulayıb.
Nazir Elmar Məmmədyarov həmçinin Niderland Parlamentinin Xarici Əlaqələr Komissiyasının rəhbəri xanım Nebahat Albayrak və Komissiyanın üzvləri De Roon, cənab Ormel və cənab Ten Broeke ilə də görüş keçirib. O, Azərbaycanın iki ölkənin parlamentləri arasında əlaqələrin genişlənməsində maraqlı olduğunu, bu yaxınlarda Azərbaycan Milli Məclisində Niderland-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yeni tərkibinin təsdiq edildiyini və bu müstəvidə gələcəkdə qarşılıqlı səfərlərin təşkil olunmasının vacibliyini vurğulayıb və Niderland parlamentinin nümayəndələrini AŞ PA çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə daha sıx əməkdaşlığa çağırıb.
Görüşdə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin vacib olduğu təsdiq olunaraq gələcəkdə bu istiqamətdə səylərin artırılmasının vacibliyi vurğulanıb.
Nazir Elmar Məmmədyarov Azərbaycanın BMT TŞ-də fəaliyyəti ilə bağlı deputatların suallarını cavablandırıb və Yaxın Şərqdə gedən proseslərlə bağlı fikir mübadiləsi aparıb.
Digər Xəbərlər
2024-12-23 18:28:44
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10
2024-12-23 13:01:36
2024-12-23 12:49:46
2024-12-23 12:44:53
2024-12-23 12:44:40
2024-12-23 12:33:48