İran Rusiya ilə əməkdaşlıq çərçivəsində iki yeni atom elektrik stansiyası (AES) tikəcək.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin üzvü Seyid Hüsseyn Hakavi Hüsseyni bildirib.

İranın elektrik enerjisi təminatı üçün zəruri olan 20 min Mvt enerjinin əldə edilməsi üçün iki yeni AES-in tikilməsi tələb olunur. İran parlamentinin komitə üzvü İranın Atom Enerjisi üzrə Təşkilatının AES-lərin tikinti planını hazırladığını nəzərə çatdırıb.

Qeyd edək ki, Rusiya və İran 2014-cü ilin noyabrında Moskvada atom enerjisindən din məqsədlər üçün istifadə sahəsində əməkdaşlığın genişləndirilməsi və İranda Rusiya texnologiyası ilə 8 AES blokunun tikintisi ilə bağlı bir sıra sənədlər imzalayıb.