Peruda zəlzələ nəticəsində yaralıların sayı 68 nəfərə çatıb.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 132 yaşayış evi yararsız vəziyyətə düşüb, bir hotel və kilsə daxil olmaqla 556 tikili qismən dağılıb.

Təbii fəlakətin yaşandığı Kayoma əyalətində fövqəladə vəziyyət elan olunub. Zərərçəkənlərə humanitar yardımın verilməsinə başlanılıb.

Xatırladaq ki, avqustun 15-ə keçən gecə Perunun cənubunda baş verən 5,4 bal gücündə zəlzələ nəticəsində 4 nəfər ölüb.