Bu gün Bakı Apellyasiya Məhkəməsində REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərlinin barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən şikayətə baxılıb.

Unikal.org bildirir ki, Lent.az-a bu barədə vəkil Cavad Cavadov məlumat verib. Vəkil bildirib ki, şikayət təmin edilməyib. Nəsimi rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlayıb.

Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N.Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N.Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir