Avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli sammitdə Ermənistanla əldə olunan razılaşmalardan sonra Azərbaycan ABŞ ilə təhlükəsizlik və texnologiya sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim "Axios" nəşrinə açıqlayıb. 

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyat, enerji, müdafiə, siyasət, təhsil, texnologiya, süni intellekt kimi bütün sahələrdə işçi qrupları yaratmağı və ABŞ ilə əlaqələri inkişaf etdirməyi planlaşdırır: "Gəlin yeni səhifə açaq. Biz təkcə Ermənistan-Azərbaycan xəttində deyil, həm də Azərbaycan və ABŞ arasında münasibətlərin inkişafında birlikdə çalışacağıq".

Diplomat sülh prosesini irəlilətdiyi üçün ABŞ prezidenti Donald Trampa təşəkkür edərək, onun Nobel Sülh Mükafatına 100% deyil, 101% layiq olduğunu vurğulayıb.

Ağarza Elçinoğlu