Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib.
"Unikal" xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin rəisi - idarə rəisinin müavini Anar Nəsibov Şəki rayon prokuroru vəzifəsinə təyin olunub.
Şəki rayon prokuroru vəzifəsini icra edən Mehman Xankişiyev isə Sabirabad rayon prokuroru təyin olunub.
Baş prokurorun daha bir əmri ilə Sabirabad rayon prokuroru Fəxrəddin Pənahov Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin rəisi - idarə rəisinin müavini vəzifəsinə təyinat alıb.